Sabah Azərbaycanda hava yağmursuz olacaq 02 İyul 2019 13:14 Ölkə Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-23, gündüz 27-32, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 55-65, gündüz 30-40 faiz olacaq. Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında iyulun 3-də hava yağmursuz keçəcək, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək. Teqlər : #Sabah,#Azərbaycanda,#hava,#yağmursuz,#olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Havaların kəskin dəyişməsi kənd təsərrüfatında fəsadlara yol açdı Yağışlar Kürü bulandırdı - Bu ərazilərdə suyun verilməsində məhdudiyyət olacaq (SİYAHI)