Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmurlu olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, paytaxt və yarımadada günün ikinci yarısında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerdə duman olacaq, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcəyədək isti olacaq.

Google+ WhatsApp ok.ru