Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacaq

Bakıda və Abşeron yarımadasında martın 29-da fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən (MHD) verilən məlumata görə, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 8-12, Bakıda isə gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda isə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isiti, gündüz 3-7 dərəcə isti olacaq.

Google+ WhatsApp ok.ru