Sabah Bakıya yağış, dağlıq ərazilərə isə qar yağacaq

Sabah paytaxtda yağışlı hava olacaq.
 
Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
 
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.
 
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, günün birinci yarısında 15-17, axşama doğru isə 12 dərəcəyədək isti olacaq.
 
Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütuna yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında oktyabrın 16-da arabir yağış yağacağı, bəzi dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz oktyabrın 16-17-də Abşeron yarımadasında qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.
 
Oktyabrın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 

Google+ WhatsApp ok.ru