Sabahdan bu ölkələrin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır 14 May 2018 01:00 Ölkə -- İran, Qətər, Türkiyə... Sabahdan etibarən adları aşağıda qeyd olunan dövlətlərin vətəndaşları Azərbaycanın hava limanlarında “ASAN Viza” sistemi ilə viza ala biləcəklər. APA-nın xəbərinə görə, bu yenilikdən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, İndoneziya, İran, Çin, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşları faydalana biləcək. Qeyd edək ki, 2017-ci ilin yanvar ayından “ASAN Viza” sistemi vasitəsilə əcnəbilərə 3 saat ərzində elektron vizalar verilir və bunun müqabilində 20 ABŞ dolları məbləğində dövlət rüsumu alınır. Bu ilin mayına kimi 420 minə yaxın əcnəbiyə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilib. Teqlər : #Sabahdan bu ölkələrin vətəndaşlarına hava limanlarında viza verilməsinə başlanılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Hava limanlarında veriləcək `ASAN Viza`lara görə rüsum müəyyənləşdi