Sabahdan Türkiyənin 300 kinozalında Həzrəti Məhəmməd (s) filmi nümayiş olunacaq

Sabahdan Türkiyənin 300 kinozalında Həzrəti Məhəmməd (s) filmi nümayiş olunacaq

Həzrəti Məhəmmədin uşaqlıq dövründən bəhs edən "Həzrəti Məhəmməd: Allahın elçisi" filmi, oktyabrın 28-dən etibarən Türkiyədə nümayiş olunacaq. 
 
Maide.Az İran KİV-lərinə istinadən məlumat verir ki, film Türkiyənin müxtəlif şəhərlərində 300-dən çox kinozalda nümayiş olunacaq.
 
Qeyd edək ki, Məcid Məcidinin rejissorluğu ilə çəkilən filmin baş operatoru "Oskar" mükafatına layiq görülmüş italiyalı Vittorio Storaro, bəstəkarı daha bir "Oskar" laureatı hindistanlı Allah-Raxa Rəhmandır.
 
Bir çox kinematoqraflar bu filmin təkcə İslam dünyasında deyil, xristian dünyasında da böyük əks-səda doğuracağını söyləyirlər.
 

Google+ WhatsApp ok.ru