Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq 14 Avqust 2017 01:00 Elm, Təhsil Sabahdan ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi aparılacaq. Boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə həyata keçiriləcək. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisaslar “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub. Jurnalı “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. (apa) / Teqlər : #Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kür və Arazda təhlükə: RƏSMİ Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM