Sabahdan avtomobillərdə pərdədən istifadəyə icazə veriləcək

Sabahdan avtomobillərdə pərdədən istifadəyə icazə veriləcək

Sabahdan avtomobillərin arxa yan şüşələrində sənaye üsulu ilə hazırlanan  jalüzlərdən istifadə etməyə icazə verilir.
 
Maide.Az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu icazə mayın 1-dən noyabrın 15-nə qədər olan müddətə davam edəcək.
 
Bu müddət ərzində sürücülər avtomobillərinin arxa yan şüşələrində standarlara uyğun olan jalüzlərdən istifadə edə bilərlər. Ləğv olunmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 23 dekabr 2004-cü il tarixli, 093 saylı əmri ilə təsdiq edilmiş AZS 122-2004 standartına 2013-cü ildə edilmiş dəyişikliklə nəqliyyat vasitələrinin arxa yan şüşələrinə, yəni sükan arxasında əyləşmiş sürücünün kürəyindən arxada qalan şüşələrə (məsələn, minik avtomobillərinin arxa qapılarının şüşələrinə) 1 may tarixindən 15 noyabr tarixinədək olan dövrdə sənaye üsulu ilə hazırlanan jalüzlər (pərdələr) çəkilməsinə icazə verilir.
 
Qeyd edək ki, Azərbaycanda pərdə və jalüzə görə tələbləri pozan sürücülər üçün 150 manat cərimə müəyyən edilib.
 

Google+ WhatsApp ok.ru