Sabahdan Azərbaycana idxal edilən sement və kərpic üçün yeni gömrük rüsumları tətbiq ediləcək

Sabahdan Azərbaycana idxal edilən sement və kərpic üçün yeni gömrük rüsumları tətbiq ediləcək

Sabahdan Azərbaycana gətirilən sement, gips, kərpic üçün yeni və yüksək gömrük idxal rüsumları tətbiq ediləcək.
 
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
 
Yeni gömrük idxal rüsumları sabahdan qüvvəyə minəcək və iki il müddətində qüvvədə olacaq. Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq portlandsement, giltorpaqlı sement, şlaklı sement, supersulfat sementi və analoji hidravlik sementlər, rənglənmiş və ya rənglənməmiş, hazır və ya klinkerlər formasında sement üçün 0,07 dollar, 1 kq gips, anhidrit, gipsli bağlayıcıların (susuzlaşdırılmış gips və ya kalsium sulfat olan) üçün 0,07 dollar, 1 kq kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan və ya analoji silisium oksidi süxurlarından keramika məmulatları (məsələn, kizelqur, tripolit və ya diatomitdən) üçün 0,04 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib.
 
Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilir. /

Google+ WhatsApp ok.ru