Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Sabahdan Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Avqustun 1-dən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq. APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri İlhamə Abdullayeva bildirib.
 
O qeyd edib ki, Bakı şəhərində məktəbəhazırlıq qruplarına avqustun 1-dən sentyabrın 18-dək elektron sistemlə ərizələrin onlayn qeydiyyatla aparılacaq: "Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək".
 
Xatırladaq ki, rayonlar üzrə ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu hər il avqustun 15-dən sentyabrın sonunadək aparılır. /

Google+ WhatsApp ok.ru