Sabahdan məktəblilərin tətil günləri başlayır

Sabahdan məktəblilərin tətil günləri başlayır

-- 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərdə mart ayının 26-sı dərs günü olacaq, 5 günlük isə ...

 
Məktəblərdə Novruz bayramı münasibəti ilə tətil başlayır.
 
Maide.Az bildirir ki, bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən məlumat veirlib.
 
Bildirilib ki, məktəblər martın 20-dən tətilə çıxır: "Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında" 6 dekabr 2017-ci il tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir. Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir".
 
"Buna müvafiq olaraq, 24 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar 5 günlük iş həftəsi ilə işləyən müəssisələrdə martın 26-sı iş günü hesab olunmur. Beləliklə, bayramdan sonra rində 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəbləmart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 27-si dərs günü olacaq" — deyə TN-dən məlumat verilib.

Google+ WhatsApp ok.ru