Sabahdan toyuq və yumurta üçün yeni gömrük rüsumları tətbiq ediləcək 02 Noyabr 2016 02:00 İqtisadiyyat Azərbaycana idxal edilən toyuq və yumurta üçün sabahdan yeni gömrük rüsumları tətbiq ediləcək Sabahdan Azərbaycana idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri üçün yeni və yüksək gömrük idxal rüsumları tətbiq ediləcək. APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Yeni gömrük idxal rüsumları sabahdan qüvvəyə minəcək və iki il müddətində qüvvədədir. Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1 kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq. Qeyd edək ki, hazırda bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilir. / Teqlər : #Sabahdan toyuq və yumurta üçün yeni gömrük rüsumları tətbiq ediləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın məzənnəsi: dollar 0,67 faiz bahalaşdı Azərbaycan nefti ucuzlaşdı – QİYMƏT