Sabah hava necə olacaq? 25 Aprel 2020 13:06 Ölkə Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 7-9, gündüz 15-17 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq. Aprelin 26-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Teqlər : #Sabah,#hava,#necə,#olacaq?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aprelin 27-dən fəaliyyəti bərpa olunacaq iş və xidmət sahələri - SİYAHI Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı