Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın  bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.  Cənub-şərq küləyi əsəcək.

 
Maide.Az xəbər verir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz  25-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq. 
 
Atmosfer  təzyiqi normadan yüksək 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. 
 
Havanın temperaturu  gecə 16-20, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz  12-16 dərəcə  isti olacaq.   
 
Tibbi-meteoroloji proqnoz
 
Sentyabrın 24-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Google+ WhatsApp ok.ru