Sabah hava rütubətli olacaq -DİQQƏT

Sabah hava rütubətli olacaq -DİQQƏT

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
 
Maide.İnfo xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
 
Bakıda və Abşeron yarımadasında
Hava yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 
Havanın temperaturu gecə 17-21° isti, gündüz 30-35° isti, Bakıda gecə 18-20°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
 
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amil olsa da, havada rütubətin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın rayonlarında
Hava şəraiti əsasən yağmursuz olacaq. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20°, gündüz 31-36° isti, dağlarda gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru