Sabah Masallı dindarlarının kassasiya şikayətinə baxılacaq

Sabah "Cenubnews.com"-un təsisçi-baş redaktor Araz Quliyev və Masallı dindarlarının kassasiya şikayətinə baxılacaq.
 
Məhkəmə prosesi saat 11.10-da Ali məhkəmədə, hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək.
 
Xatırladaq ki,Araz Quliyev və digər yeddi nəfər 2012-ci ilin sentyabr ayının 8-də şərlənərək Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs ediliblər.Sonradan təqsirləndirilənlərə yeni ittihamlar verilib.
 
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprel ayında çıxardığı hökmü ilə CenubNews.com İnternet qəzetinin (Xeber44.com) təsisçi-baş redaktoru Araz Quliyev 8, Xalid Kazımov 8, Ziya Tahirov 7, Rza Ağalı 7, Surac Ağayev 5, Nicat Əliyev və Namiq Kişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Vüsal Quliyevə isə 3 il 6 gün şərti cəza verilib. Həmin hökmdən narazı qalan Masallı dindarları və vəkilləri hökmdən apellyasiya şikayəti veriblər.Lakin 2014-cü ilin yanvar ayının 9 da Şirvan Apellyasiya Məhkəməsi heç bir sübut, dəlil olmadan hökmü qüvvədə saxlayıb.Bundan sonra baş redaktor və digərləri hökmdən kassasiya şikayəti veriblər.
 
Qeyd edək ki,Quliyev Araz Faiq oğlu Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər)” maddələri ilə ittiham olunur.
 
Kazımov Xalid Nofəl oğlu, Cinayət Məcəlləsinin 234.1.2-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamaq) , 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər)” 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur. 
 
Tahirov Ziya İbrahim oğlu,Ağalı Rza Qorxmaz oğlu, Ağayev Surac Valeh oğlu, Kişiyev Namiq Əlisa oğlu, Əliyev Nicat Yasər oğlu, Quliyev Vüsal Nüsrət oğlu Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər)” 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddələri ilə ittiham olunurlar.

Google+ WhatsApp ok.ru