Sabahın hava proqnozu: Bəzi meteohəssas insanlarda narahatlıq yarana bilər

Sabahın hava proqnozu: Bəzi meteohəssas insanlarda narahatlıq yarana bilər

Bakıda və Abşeron yarımadasında iyunun 4-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki, ETSN Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 25-27, Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  
 
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 17-22, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 

Google+ WhatsApp ok.ru