Sabahın hava proqnozu -  XƏBƏRDARLIQ

Sabahın hava proqnozu - XƏBƏRDARLIQ

-- iyulun 16-sı axşamdan iyulun 18-dək...

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə,  havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
 
İyulun 17-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 25-26, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti təşkil edəcək.
 
Mülayim şimal-qərb küləyi əsəcək.
 
Azərbaycanın rayonlarında iyulun 17-də  bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
 
İyulun 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
 
ETSN Azərbaycanın rayonlarında iyulun 16-sı axşamdan iyulun 18-dək gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq da edib.
 
Məlumata görə, həmin müddətdə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimal olunur.
 

Google+ WhatsApp ok.ru