Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında dekabrın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən xəbərə görə, səhər və axşam  bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturu  gecə 5-8° isti, gündüz  10-13° isti, Bakıda gecə 6-8°, gündüz  11-13°  isti olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 3-7° isti, gündüz  8-13°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-6° isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohessas insanlar üçün əsasən əlverişlidir.

Google+ WhatsApp ok.ru