Sabahın hava proqnozu AÇIQLANDI

Sabahın hava proqnozu AÇIQLANDI

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Bakıda gecə 21-23, gündüz isə 30-32 dərəcə isti olacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun mətbuat xidməti məlumat yayıb.
 
Proqnozlara görə, yaxın 2-3 gün ərzində havanın temperaturunda ciddi dəyişiklik olmayacaq.
 
 Lakin həmin müddətdə rayonların bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
 
Yağışın arabir leysan xarakterli intensiv olacağı proqnozlaşdırılır.

Google+ WhatsApp ok.ru