Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Maide.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən məlumat verir ki,

 

Avqustun 14-də günəşli hava şəraitinin olacağı, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Bakıda və Abşeron yarımadasında              

Havanın temperaturu Avşeron yarımadasında gecə 24-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimalı var. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-2, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru