Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən xəbərə görə, mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturunun yarımadada gecə 9-11° isti, gündüz 13-17° isti, Bakıda gecə 9-11° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 768 mm civə sütunu, nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
 
Sabah Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 9-14° isti olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru