Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Yağış yağacaq, bəzi yerlərdə leysan, qar gözlənilir

Sabaha olan hava proqnozu açıqlanıb
 
Maide.Az xəbər verir ki, ETSN-dən verilən məlumata görə,
 
Bakı və Abşeron yarımadasında
Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.  Mülayim şimal-qərb küləyi, arabir güclənəcək.
Havanın temperaturunun gecə 12-14° isti, gündüz  14-16° isti, Bakıda gecə  12-14°, gündüz  14-16° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi normadan yüksək  765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.
Nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 % olacaq. 
 
Tibbi-meteoroloji proqnoz 
Oktyabrın 5-dək Abşeron yarımadasında təmiz və oksigenlə zəngin hava şəraiti müsbət amil olsa da, arabir güclənən xəzri küləyi və yağışlı hava bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı ehtimalı var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə  8-13°, gündüz  13-16° isti, dağlarda gecə 2-5°, gündüz 5-9° isti, yüksək dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 0-5° isti  olacağı gözlənilir. /

Google+ WhatsApp ok.ru