Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Meteohəssas insanlarda narahatlıq hissi yaranacaq

Oktyabrın 14-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var.
 
Maide.Az bildirir ki, ETSN-dən verilən məlumata görə,cənub küləyi gündüz arabir güclənəcək.   Havanın temperaturunun gecə 13-15° isti, gündüz  18-22° isti, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək.  
 
Nisbi rütubət gecə  75-85 %, gündüz  45-50%  olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü əsasən əlverişli olsa da, arabir güclənən cənub və şimal küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 10-15°, gündüz  18-23° isti, dağlarda gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru