Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Report”a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.
 
Azərbaycanın rayonlarında fevralın 7-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza görə, fevralın 7-də Bakıda və Abşeron yarımadasında arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Google+ WhatsApp ok.ru