Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
 
Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında gecə 5-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti təşkil edəcək.
 
Atmosfer təzyiqi 769 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
 
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
 
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 
Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi qar uçqunu ilə bağlı xəbərdarlıq edib.
 
Martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.
 
Qeyd edək ki, sabah rayonlarda havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.
 

 

Google+ WhatsApp ok.ru