Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Mayın 5-də Bakıda və Abşeron yarımadasında gecə bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, gecə və səhər arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə  13-15° isti, gündüz 19-24° isti, Bakıda gecə 13-15° isti, gündüz  21-23°  isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz  50-55% olacaq.  

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz  22-27° isti, dağlarda gecə 5-10°  isti,  gündüz 9-14° isti təşkil edəcək.

Google+ WhatsApp ok.ru