Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

İyulun 2-dək mülayim hava hökm sürəcək - Temperatur 5-10 dərəcə aşağı enəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, günün birinci yarısında 35-37, günün ikinci yarısında 30-33, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti təşkil edəcək.
 
Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.
 
 Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza görə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyunun 29-u axşamdan iyulun 02-si gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturun tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişlidir.
 

Google+ WhatsApp ok.ru