Sabahın hava proqnozu açıqlanıb 19 Fevral 2020 13:16 Ölkə Sabaha Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 20-də arabir yağış yağacağı, səhər bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında sabah arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, rütubətli hava şəraiti bəzi insanlarda narahatlıq hissi yarada bilər. Teqlər : #Sabahın,#hava,#proqnozu,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda ‘Birinci Xəzər Elmi Forumu’ keçiriləcək Bakı metrosunda sərnişin sıxlığı qatarları yenə gecikdirdi