Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq

Mayın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 18-20° isti olacaq. Bakıda gecə 16-18° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 756 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
 
Hava meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-16° isti olacaq.
 

Google+ WhatsApp ok.ru