Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidməti yanvarın 24-də gözlənilən hava şəraitini açıqlayıb.
 
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 24-də  Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.
 
Yanvarın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
 
Sabah meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 

Google+ WhatsApp ok.ru