Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 30 martda gözlənilən hava şəraitini açıqlayıb.

 
Maide.Az xəbər verir ki, departamentdən verilən məlumata görə, martın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər arabir duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-9, gündüz 13-18, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.
 
Martın 30-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti olacaq.
 

Google+ WhatsApp ok.ru