Sabah üçün olan hava durumu açıqlandı

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən xəbərə görə, səhər zəif duman olacaq, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
 
Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. 
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17 dərəcə isti, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 
 
Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 13-18 dərəcə isti, gündüz 26-31 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.  /

Google+ WhatsApp ok.ru