Sabah İranın iki hərbi gəmisi Bakıya gələcək 17 Oktyabr 2016 01:00 Hərb Gəmilər Bakı limanında 3 gün qalacaqlar İranın Xəzər donanmasının iki hərbi gəmisi Bakıya gələcək. İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, "Dəməvənd" esminesi və "Coşan" raket gəmisi Bakıya oktyabrın 18-də çatacaq. Tanışlıq xarakterini daşıyan səfər zamanı gəmilərin heyəti Azərbaycan paytaxtı ilə tanış olacaqlar və bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Xəzər dənizində təhlükəsizlik məsələləri müzakirə olunacaq. Ümumilikdə Bakıya bu gəmilərin 200 nəfərlik heyəti gələcək. Gəmilər Bakıda 3 gün müddətində qalacaqlar. (report) / Teqlər : #Sabah İranın iki hərbi gəmisi Bakıya gələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Rusiyadan aldığı optik texnikanın sayını artırır Tramp qalib gələrsə, andiçmə zamanı Putinlə görüşməyə hazırdır
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'