Sabah yağış, şimşək və dolu gözlənilir

İyunun 1-i Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.
 
İyunun 1-i ölkənin rayonlarında da gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dolu düşəcəyi qeyd edilir. Aran rayonlarında gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı bildirilir.

Google+ WhatsApp ok.ru