Sabah yağış yağacaq

Bakıda və Abşeron yarımadasında fevralın 11-da hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı gözlənilir, bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, paytaxt və yarımadada mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 dərəcə, gündüz 6-10 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə, gündüz 7-10 dərəcə isti olacaq.
 
Azərbaycan rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerdə duman olacaq, şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Google+ WhatsApp ok.ru