Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Oktyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var.
 
Cənub küləyi əsəcək.
 
Maide.Az bildirir ki, ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 11-13° isti, gündüz  17-20° isti, Bakıda gecə  11-13°, gündüz  18-20° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət   gecə 65-75 %, gündüz 50-60 %  olacaq. 
 
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 
Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.(apa)
 

Google+ WhatsApp ok.ru