Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur

Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Maide.Az bildirir ki, ETSN-dən verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 13-15° isti, gündüz  16-19° isti, Bakıda gecə  13-15°, gündüz  17-19° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 765 mm civə sütunu təşkil edəcək.  
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-70 %  olacaq. 
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 9-14°, gündüz  15-20° isti, dağlarda gecə 2-6°, gündüz 6-11° isti olacağı gözlənilir.
 

Google+ WhatsApp ok.ru