Sabiq şahmatçı Putinin növbəti hədəfində olduğu ölkələrin adlarını çəkib 22 Oktyabr 2014 01:00 Siyasət Sabiq şahmatçı, Bakı ermənisi Harri Kasparov Rusiya Federasiyası prezidenti Vladimir Putinin növbəti hədəflərindən danışıb. Azadlıq Radiosunun Kiyev bürosuna müsahibə verən Harri Kasparov Putinin zərbə vurmaq üçün növbəti hədəflərinin olduğunu bildirib. "Krımda və Donbassda göstərdiyi aqressiyaya lazımı reaksiyanı görməyən Putin yeni zərbə vurmağa hazırlaşır. Budəfəki hədəf isə Ukrayna olmaya bilər. Növbəti zərbə Baltikyanı ölkələrəi, Azərbaycana, Gürcüstana və Qazaxıstana endirilə bilər. Əgər Krımın ilhaqına lamızı sərt reaksiya gəlsə idi o zaman Donbass hadisələri də olmazdı. Ancaq Rusiyanın Krım problemini həll etmədən Qərblə yaxınlaşması da inandırıcı görünmür. Rusiya Krımla "oynamamalıdır". Biz buna bənzər prosesləri 1938-ci ildə müşahidə etmişik (Hitlerin Avstriya və Çexoslvakiyaya aqressiyasını nəzərdə tutur-red.)", - deyə sabiq şahmatçı bildirib. Kasparov Qərb hakimlərinin yürütdüyü inamsız siyasətin Putin rejiminin çökməsinə deyil, əksinə yeni aqressiyasına gətirib çıxaracağını bildirib. Teqlər : #Sabiq şahmatçı Putinin növbəti hədəfində olduğu ölkələrin adlarını çəkib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Müsavat və AXCP arasında növbəti gərginlik başlayıb Qarabağ üçün ağlabatan təklif
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video