Sabiq deputat Qalib Salahzadənin oğlu həbs edildi

Sabiq deputat Qalib Salahzadənin oğlu həbs edildi

Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib.
 
Maide.Az xəbər verir ki, Əlihüseyn Salahzadə sentyabrın 13-də Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs edilərək, Kürdəxanı təcridxanasına göndərilib. O, Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirli bilinir.
 
Qalib Salahzadə xəbərin doğru olduğunu bildirib. O qeyd edib ki, oğlu günahsızdır və qərardan apelyasiya şikayəti veriblər:
 
Qeyd edək ki, CM-nin 315-ci maddəsi “hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə”dir.
 
315.2-ci maddə isə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmədir və üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(ölke.az)

Google+ WhatsApp ok.ru