Sabirabadda DOĞUŞ FACİƏSİ - 2 körpə öldü

Sabirabadda DOĞUŞ FACİƏSİ - 2 körpə öldü

-- faktla bağlı araşdırma aparılır

Sabirabadda körpə ölümü qeydə alınıb.
 
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində gecə radələrində 2 körpə doğuşdan sonra ölüb.
 
Saatlı rayonu Yeni Novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlu səhər saatlarında keçinib.
 
Elə həmi saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saatdan sonra ölüb.
 
Körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Körpələrin meyiti Sabirabad Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb.
 
Hazırda faktla bağlı araşdırma aparılır. (apa)
 

 

Google+ WhatsApp ok.ru