Sabirabadda baş verən avtoqəzada bir nəfər ölüb

Sabirabadda baş verən avtoqəzada bir nəfər ölüb, iki nəfər yaralanıb.
 
Sabirabad Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, noyabrın 9-da Sabirabad rayonun Güdəcünür kəndi ərazisindən ölümlə nəticələnən avtoqəza baş verib.
 
Rayonun Güdəcühür kənd sakini, 1982-ci il təvəllüdlü Baxişov Coşqun Yadulla oğlu  idarə etdiyi “VAZ-2106” markalı 10 GP 610 dövlət nömrə nişanlı avtomobillə 1984-cü il təvəllüdlü Səlimov Zamin Davud oğlunun idarə etdiyi “Mercedes” markalı 10 UX 281 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü hadisə yerində ölüb. Sürücünün cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.  Digər avtomobilin sürücüsü və avtomobildə olan sərnişin, 2006-cı il təvəllüdlü Səlimov Canpolad Telman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır. /

 

Google+ WhatsApp ok.ru