Sabirabadda bir ailə qəzaya düşüb, ölən və yaralananlar var

Sabirabadda bir ailə qəzaya düşüb, ölən və yaralananlar var

Sabirabad rayonunda ağır yol qəzası baş verib.
 
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Qaratəpə kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, “VAZ-2107” və "Daewoo Nexia” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində Sücəddin Alış oğlu İbadov ölüb, 1973-cü il təvəllüdlü Samir Sücəddin oğlu İbadov isə xəsarət alıb.
 
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləri olublar. 
 

Google+ WhatsApp ok.ru