Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub, 6 qadın, 2 kişi yaralanıb

Sabirabadda mikroavtobus yük maşını ilə toqquşub, 6 qadın, 2 kişi yaralanıb

 Sabirabad rayonunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
 
Maide.Az bildirir ki, "Report” Mil-Muğan bürosunun məlumatına görə, “Mercedes” markalı mikroavtobusla qoşqulu “KamAZ”ın toqquşması nəticəsində xəsarət alanlar aşağıdakılardır:
 
Mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Əliyev Cəmaləddin Əhməd oğlu;
 
Rayonda fəaliyyət göstərən istixanalardan birində işləyən Polad Toğayı kənd sakinləri:
 
1965-ci il təvəllüdlü İsayeva Qəmər Səhrab qızı
 
1965-ci il təvəllüdlü Şahquliyeva Gülşən Əlövsət qızı
 
1978-ci il təvəllüdlü İbadova Şəfiqə Tahir qızı
 
1967-ci il təvəllüdlü İsayeva Lətifə Abbas qızı
 
1993-cü il təvəllüdlü Eyvazov Oral Rövşən oğlu
 
1963-cü il təvəllüdlü İslamova Bircəqız Qaroğlan qızı
 
1963-cü il təvəllüdlü Cəfərova Zinaida
 

Google+ WhatsApp ok.ru