Sabirabadda yolu keçən piyadanı maşın vurub öldürdü

Sabirabadda yolu keçən piyadanı maşın vurub öldürdü

Yanvarın 4-də saat 23 radələrində Sabirabad şəhəri ərazisində Suqovuşan kənd sakini N.Əliyev idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Kürkəndi kənd sakini Müşfiq Vəliyevi vurub.
 
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
 
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru