Sabir Rüstəmxanlı ilə Ziyafət Əsgərov arasında mübahisə düşüb

Milli Məclisin bu günki iclasında deputatlar arasında fikir ayrılığı düşüb. 
 
Sabir Rüstəmxanlı fikirlərinin populist adlandırılmasını qəbul etmədiyini deyib. O hər zaman fikirlərimi əsaslandırıb dediyini bildirib. 
 
“Milli Məclisin vitse-spikerinin bu cür münasibətini qəbul etmirəm. Bunu deməklə vətəndaşlarımıza hörmətsizlik edirsiniz. Boş-boş ittihamlardansa təkliflərə ciddi münasibət göstərilməldir”.
 
Deputatın bu sözlərinə Ziyafət Əsgərovdan isə cavab gecikməyib. O bildirib ki, Sabir Rüstəmxanlı təkliflərdən danışsa da, amma konkret heç bir təklif vermir:
 
“Siz Azərbaycanı, iqtidarı ittiham edirsiz. Bəs mən neynəməliyəm? Sizə cavab verməli deyiləm? Bu sözlərim Fazil Mustafa ya aiddir. Siz deyirsiz ki, insanların başına oyun açırlar. Bu fikirlərlə razı deyiləm. Danışığınızın tonu elədir ki, konkret ittiham edirsiz. Belə olmaz”.
 
Qeyd edək ki, Milli Məclisin plenar iclasında qanun layihələrinin müzakirəsi zamanı fikir ayrılıqları yaranıb. Fazil Mustafa və Sabir Rüstəmxanlı qanun “Məşğullu haqqında” qanunla bağlı iradlarını bildirib. 

Google+ WhatsApp ok.ru