Sabra və Şatilla qətliamından 35 il keçir

Sabra və Şatilla qətliamından 35 il keçir

Maide.Az xəbər verir ki, sionist İsrail rejiminin törətdiyi Sabra və Şatilla terrorundan 35 il keçir.
 
Qeyd edək ki, 16 sentyabr 1982-ci ildə sionist İsrail rejiminin falanqistləri Qərbi Beyrutda yerləşən Sabra və Şatilla Fələstin qaçqın düşərgələrinə hücum edir və burada  ağır qətliamlar törədir.
 
Uşaqlar və qadınlar daxil təxminən 3500 insanın öldürüldüyü bu qətliamdan sonra qondarma İsrail Məclis Araşdırma Komissiyası qətliamın bir nömrəli günahkarı olaraq o vaxtki İsrail müdafiə naziri olan Ariel Şaron günahlandırmış, bundan sonra isə Şaron vəzifəsindən istefa vermişdi.
 
Sonradan "Hizbullah" tərəfindən tapılan məlumatlarda da, bu terrorun məhz İsrail tərəfindən planlaşdırıldığı ortaya çıxmış və bu terrorun əsas təşkilatçısı İsrailin o dövrdəki müdafiə naziri Ariel Şaron olduğu elan olunmuşdur. 
 

Google+ WhatsApp ok.ru