Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və abonentlərin təbii qaza olan tələbatının yaxşılaşdırılması məqsədilə qaz kəməri üzərində qaztənzimləyici avadanlığın quraşdırılması üçün noyabrın 18-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Pirşağı, Kürdəxanı, Nardaran qəsəbələrində və 2 saylı sovxoz ərazisində təbii qazın verilişində fasilələr yaranacaq.

Google+ WhatsApp ok.ru