Allah buyurdu: «Ey Adəm, onların adlarını (ya onların həqiqətlərini və sirlərini) mələklərə xəbər ver». Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: «Sizə demədimmi ki, həqiqətən, Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!» ("Bəqərə" surəsi 33)

Həzrət Məhəmməd (s) buyurur:
“Bilmədən bir iş görən şəxsin xarab etdiyi düzəltdiyindən çox olar.”



SAF QƏLB MƏRİFƏT AYNASIDIR

-- Qəlbin bərk, ağılın məşğul olanadək (olmamış) ədəb öyrən.

Tarix : 29-01-2018 22:49

İmam Əli (ə) oğlu imam Həsənə (ə) vəiyyət edərkən buyurur:

وَاِنَّمَا قَلْبُ الْحَدَثِ كَالاَْرْضِ الخَالِيَةِ، مَا اُلْقِىَ فيِهَا مِنْ شَيْىء الاّ قَبِلَتْهُ، فَبادِر بِالاَْدَبِ قَبْلَ أن يَقْسُوَ قَلْبُكَ وَ يَشْتَغِلَ لُبُّكَ، لِتَسْتَقْبِلَ بِجِدِّ رَأْيِكَ مِنَ الأَمْرِ ما قَدْ كَفَاكَ أَهْلُ التَّجَارِبِ بُغْيَتَهُ وَ تَجْرِبَتَهُ فَتَكوُنَ قَدْ كُفيتَ مَؤُونَةَ الطَّلَبِ، وَ عُوفيتَ مِنْ عِلاجِ التَجْرِبَةِ، فَأَتَاكَ مِنْ ذلِكَ مَا كُنَّا نَأْتيهِ، وَ اسْتَبَانَ لَكَ مِنْهَا مَا رُبَّما أَظْلَمَ عَلَيْنا فِيهِ.

“Həqiqətən, yeniyetmənin qəlbi qarşılaşdığı şeyləri qəbul edənədək toxunulmamış torpaq tək qalır. Ona görə də, qəlbin bərkləşməmiş və ağılın məşğul olmamış ədəb öyrən! Tam ciddiyyət və qəti iradə ilə əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq ağrısını qəbul et. Bu yolla həmin əziyyət və ağrıdan azad olarsan. Bizim ardınca gəzdiyimiz şeylər indi özləri sənin sorağına gəlib. Olsun ki, bizim üçün qaranlıq qalan şey indi sənin üçün aydınlaşa!” (“Nəhcül-bəlağə”, məktub 31.)

Gənclik dövrü moizə və nəsihət üçün münasib dövrdür. Çünki gəncin qəlbi əkin üçün münbit toxunulmamış torpaqdır. Münbit torpaqda əkilən bitki tez cücərir və sürətlə inkişaf edir. Amma dəfələrlə əkilmiş, eləcə də alaq basmış torpaqda yeni bitki cücərtmək çətin olur. Gəncin qəlbi yanlış əqidələrdən pak və təmizdir. Bu qəlbdə hansısa nəfs istəyi kök atmamışdır və onu saflaşdırmaq çətin deyil. Yəni günah və eyib gəncin qəlbində xasiyyətə çevrilməmişdir. Ona görə də gənc insanın qəlbi təlim-tərbiyə üçün hazırdır. Bu qəlbdə elmi və tərbiyəvi toxum az zəhmətlə, qısa zamanda cücərir. Amma yaş ötdükcə nəfs istəkləri cana hoparaq, xasiyyətə çevrilir. İnsanı bu haldan azad etmək çətin olur. Alaq basmış sahədə əkilən bitki sıxıntıya düçar olur, normal inkişaf edə bilmir. İmam Əli (ə) buyurur: “Qəlbin bərk, ağılın məşğul olanadək (olmamış) ədəb öyrən.”

Qəlb üçün əməli problem onun günah nəticəsində daşlaşmasıdır. Daşlaşmış qəlbə moizə təsir etmir, onu tərbiyə etmək çətinləşir. Bu məsələni bir misalla aydınlaşdıraq: Yağa bulaşmış stəkanı təmizləmək üçün xeyli zəhmət çəkmək lazım gəlir. Amma bulaşmamış, divarları şəffaf stəkandan istifadə etmək çox asan olur. Qəlb də belədir. Əxlaqi nöqsanlara bulaşmamış qəlb safdır və onu tərbiyələndirmək çox asandır. Çirkin sifətlərin yol tapdığı qəlbi isə təmizləmək problemə çevrilir. Bəzən bu çirkinlik elə bir həddə çatır ki, qəlbi təmizləmək mümkünsüz olur. Qəlbin ilahi maarifi qəbul edə bilməsi üçün onun çirkinliklərdən təmizlənməsi zəruridir. Bulaşıq qab kimi çirklənmiş qəlb müsbət dəyərlərlə yükləmək istedadına malik olmur.

İmam Əli (ə) oğlu imam Həsənə (ə) xəbərdarlıq edir ki, öz qədrini bilsin, hansı dövrdə, hansı şəraitdə yaşadığına diqqətli olsun. Gənclik dövrü, qəlb saflığı çirkaba bulaşmamış tədbir görmək lazımdır. Bu fürsəti qənimət bilmək gərəkdir. Axı belə bir şərait həmişə ələ düşmür. Nə vaxtsa qəlb daşlaşıb, həqiqəti qəbul etmək istedadını itirə də bilər. Daşlaşmış qəlb səadət qapılarını öz sahibinin üzünə bağlayır, moizə və nəsihətdən yumşalmır. Diri qəlb təsirlənmək, həyəcanlanmaq, ağlamaq istedadına malik olmalıdır. Qəlbin ən təsirli öyüdlərə münasibətdə biganəliyi böyük faciədir. Qurani-Kərimdə bu məsələyə xeyli diqqət ayırılmış, bu sifəti daha çox büruz etdiyi yəhudilər xeyli məzəmmət olunmuşdur:

ثُمَّ قَسَتْ قُلُوبُكُمْ بَعْدَ ذلِكَ فَهِى كَالْحِجارَةِ اَوْ اَشَدُّ قَسْوَةً وَ اِنَّ مِنَ الْحِجارَةِ لَما يَتَفَجَّرُ مِنْهُ الاْنْهارُ ...؛

“O vaxt sizin qəlbləriniz daş kimi və ya daşdan çox bərkidi. Bəzən daş yarılır, ondan arxlar çıxır...” (“Bəqərə” surəsi, ayə 74.)

Bəzi daşlaşmış qəlblərdən isə bir damla göz yaşı da görünmür. Digər bir ayədə buyurulur:

اَلَمْ يَأْنِ لِلَّذينَ امَنُوا اَنْ تَخْشَعَ قُلُوبُهُم لِذِكْرِ اللّهِ وَما نَزَلَ مِنَ الْحَقِّ وَلا تَكُونُوا كَالذَّينَ اُوتُوا الْكِتابَ مِنْ قَبْلُ فَطالَ عَلَيْهِمُ الاْمَدُ فَقَسَتْ قُلُوبُهُم؛

“İman gətirənlərin qəlblərini Allahın zikri və haqq kəlam qarşısında yumşalmaq vaxtı çatmadımı?! Onlar əvvəl kitab verilmiş kəslər kimi olmasınlar. Onlar üçün uzun müddət keçmiş, qəlbləri sərtləşmişdir.” (“Hədid” surəsi, ayə 16.)

Həqiqəti eşitdikdə qulaqardına vuran insanın qəlbi günbəgün daşlaşır. Amma ilk əvvəllər həqiqəti dinləyib bu barədə düşünən insanların qəlbi haqpərəstlik istedadını qoruya bilər. Hansı ki vaxt ötdükcə, günahlar çoxaldıqca qəlblər də daşlaşır.

ƏZİYYƏTSİZ QAZANC

İnsan qəlbi daim nəfs istəklərinin hədəfindədir. İnsan bu hücumlardan qorunmaq, qəlbini saf saxlamaq üçün daim çalışmalıdır. Faydasız və zərərli düşüncələr zehnə daxil olub yuva qurmamış, insan moizələrlə zehnini və qəlbini islah etməlidir. Fürsəti qənimət sayan, qəlb daşlaşmamış onu islah edən, zehnini qoruyan insan öz tərbiyəsində müvəffəq olası və məqsədinə vaxtında çatasıdır. Çünki zehn və qəlbdə təkamülə mane olası bulaşıqlıq yoxdur. Qəbuletmə xüsusiyyətini itirməmiş insan başqalarının qiymətli həyat təcrübəsindən istifadə edə bilər. Axı bu təcrübələri qazanmaq üçün insanlar bir ömür əziyyət çəkmiş, yaxşını pisdən fərqləndirmişlər. İmam Əli (ə) buyurur: “Tam ciddiyyət və qəti iradə ilə əvvəlkilərin çiyinə aldıqları təhsil əziyyəti və sınaq ağrısını qəbul et, bu yolla həmin əziyyət və ağrıdan azad olarsan.” Həzrətin (ə) buyurduğu nəsihətlər bir ömür zəhmətin məhsuludur. Uyğun vəsiyyətlər altmış illik bir ömürün bəhrəsidir. Altmış ildə qazanılmış təcrübə birdəfəyə, əziyyət çəkmədən də əldə oluna bilər. Bundan ötrü başqalarının təcrübəsindən istifadə etmək lazım gəlir. İlahi mərifətə yiyələnmək istəyən insan öz qəlbini və zehnini pak saxlamalı, şeytani vəsvəsələrdən qorunmalıdır.

Doğrudan da, həyat məktəbi insana təcrübə dərsi verir. Diqqətcil insan iki şeydən faydalanır. Bu faydalardan biri nağddır və heç bir əziyyət tələb etmir. Digər fayda isə ciddi və agah zəhmətlə, təlaşla əldə olunur. Birinci fayda əvvəlki, keçmiş şagirdlərin hazır təcrübəsidir. İnsan bu mənada bütün bəşəriyyətin təcrübəsindən istifadə edə bilər. “Bu yolla həmin əziyyət və ağrıdan azad olarsan” – buyurur Həzrət (ə). Bəli, insanlar öz həyat təcrübələrini sonrakı nəsillərin ixtiyarına verirlər. Həzrət (ə) buyurur: “Bizim ardınca gəzdiyimiz şeylər indi özləri sənin sorağına gəlib. Olsun ki, bizim üçün qaranlıq qalan şey indi sənin üçün aydınlaşa.” Bəli, artıq bir çox bilikləri əldə etmək üçün zəhmət çəkmək lazım gəlmir. Bu biliklər başqalarının təcrübəsi adı altında özü gəncliyin sorağındadır. Bu təcrübələr gəncliyin düşüncəsi ilə birləşdikdə bir çox qaranlıq nöqtələr də işıqlanır, yeni təcrübələr ortaya çıxır. (“Pənde-cavid – Əbədi öyüd”, Ayətullah Misbah Yəzdi, 1-ci cild, səh. 156-162.)

(Maide.Az)

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
04:25
05:54
12:44
19:49
00:00
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

18-08-2018 02:04