Sahibkarlardan 2000 manat rüşvət istəyirlər

Son zamanlar Azərbaycanın bütün iri obyektlərində ticarətin aşağı düşdüyü bir faktdır. Alqı-satqıda əziyyət çəkən ticarətçilərdən bir qismi də Azərbaycanın ən böyük qızıl satışı ilə məşğul olan “Moskva” Univermağında fəaliyyət göstərirlər.
 
Məlumata görə, dolların məzənnəsinin qalxması ilə əlaqədar demək olar ki, univermaqda yerləşən bütün ticarət obyektlərində satış dayanıb. Satışları dayanan ticarətçiləri bir qədər sıxan isə Vergilər Nazirliyinin işçiləridir. Sahibkarların FaktXəbər-ə verdiyi məlumata görə, son günlər vergi əməkdaşları bütün piştaxtalardan 2000 AZN haqq tələb edirlər. 
 
Qeyd edək ki, Azərbaycan prezidenti 9 ayın yekunları ilə bağlı keçirdiyi toplantıda sahibkarların qeyri-qanuni şəkildə sıxışdırıldığını və onlara fəaliyyət sahəsində yaradılan süni problemlərdən danışıb. Müvafiq qurumlara sərt xəbərdarlıq etmişdi. Amma görünür hələ də bəzi dairələr MTN-də sahibkarları sıxışdıran cinayətkar dəstənin aqibətindən dərs çıxarmayıblar.
 
 

Google+ WhatsApp ok.ru